Təlim

Rəqəmsal marketinq kursları

Slayd izləmirsiniz, kampaniya qurursunuz. Dərslər real reklam kabineti və real sayt üzərində keçir. Kurs bitəndə əlinizdə işləyən qurulum olur.

Kurs sayı
5
Format
Onlayn qrup
Dərs
90 dəqiqə, canlı
Qrupda
Maksimum 12 nəfər

Hansı kurs sizə uyğundur

Vəziyyətinizi tapın. Əmin deyilsinizsə, qeydiyyatda «Hələ araşdırıram» seçin, qısa söhbətdən sonra birlikdə qərar verək.

Marketinqi sıfırdan öyrənirəm

Reklam kabinetini heç açmamısınız və ümumi mənzərə lazımdır.

Saytım var, trafik lazımdır

Reklama pul vermədən Google-dan müştəri gətirmək istəyirsiniz.

Rəqəmlərə güvənmirəm

Hesabatdakı dönüşüm real satışla uyuşmur və səbəbini tapa bilmirsiniz.

Video ilə satmaq istəyirəm

Qısa video kreativləri və TikTok reklam kabineti lazımdır.

Developerlə eyni dildə danışmaq istəyirəm

Hadisələri özünüz yoxlamaq və ölçmə sənədini özünüz yazmaq istəyirsiniz.

Kurs 01 · Sıfırdan tam mənzərə

Rəqəmsal marketinq kursu

Reklam kabinetlərini tanımayanlar üçün başlanğıc kurs: Meta, Google, kontent və analitikanın əsasları bir sistemdə.

  • Başlanğıc
  • 8 həftə
  • 16 sessiya
  • Onlayn qrup
  • Sertifikat

Proqram

  1. Marketinqin təməli: auditoriya, mesaj, təklif
  2. Meta Ads: hesab quruluşu, kampaniya növləri, auditoriya qatları
  3. Google Ads: axtarış kampaniyaları və açar söz məntiqi
  4. Kontent və kreativ: nə çəkmək, nə yazmaq
  5. Analitikanın əsasları: GA4 hesabatlarını oxumaq
  6. Yekun layihə: öz kampaniyanızı qurub təhvil verirsiniz

Kimə uyğundur

Marketinqə yeni başlayanlar, öz biznesinin reklamını özü idarə etmək istəyənlər və şirkətdə marketinq işinə keçənlər.

Kursdan sonra

Kursun sonunda öz brendiniz üçün canlı kampaniya qurursunuz, büdcəni idarə edirsiniz və hesabatı köməksiz oxuyursunuz.

Kurs haqqı: Müraciətlə

Bu kursu seçin WhatsApp ilə soruşun

Kurs 02 · Google-da pulsuz trafik

SEO kursu

Texniki audit, açar söz araşdırması, kontent planı və yerli axtarış — saytı Google-da irəli çəkməyin praktik qaydası.

  • Başlanğıc–Orta
  • 6 həftə
  • 12 sessiya
  • Onlayn qrup
  • Sertifikat

Proqram

  1. Axtarış sistemi necə işləyir: taramaq, indeksləmək, sıralamaq
  2. Açar söz araşdırması və axtarış niyyəti
  3. Texniki SEO: sürət, indeksləmə, sitemap, kanonik URL
  4. Səhifədaxili SEO: başlıq, meta, struktur, daxili linkləmə
  5. Kontent: Google-da işləyən mətn necə yazılır
  6. Yerli SEO və Google Biznes Profili
  7. Search Console və mövqe izləmə ilə ölçmə

Kimə uyğundur

Sayt sahibləri, kontent yazanlar və müştəriyə SEO xidməti satmaq istəyən frilanserlər.

Kursdan sonra

Saytınızın auditini özünüz aparırsınız, açar söz xəritəsi qurursunuz və Search Console-da nəyin baş verdiyini başa düşürsünüz.

Kurs haqqı: Müraciətlə

Bu kursu seçin WhatsApp ilə soruşun

Kurs 03 · Ölçmənin dərin qatı

Advanced tracking kursu

Server-side tracking, Conversions API, consent və atribusiya — reklam datası itəndə problemi tapıb düzəltmək.

  • İrəli
  • 5 həftə
  • 10 sessiya
  • Onlayn qrup
  • Sertifikat

Proqram

  1. GA4 hadisə modeli və dönüşümlərin düzgün qurulması
  2. Google Tag Manager: dəyişənlər, tetikleyicilər, debug
  3. Server-side tracking: nə vaxt lazımdır, necə qurulur
  4. Meta Conversions API və hadisə uyğunluğu (event match)
  5. Consent Mode və şəxsi məlumatların qorunması
  6. Atribusiya modelləri: rəqəmlər niyə üst-üstə düşmür
  7. Looker Studio ilə hesabat paneli

Kimə uyğundur

Analitika ilə işləyən marketoloqlar, e-ticarət komandaları və GA4-ü artıq qurmuş, amma rəqəmlərə güvənməyənlər.

Kursdan sonra

Reklam hesabındakı rəqəmlə kassadakı rəqəm arasındakı fərqin səbəbini tapıb aradan qaldırırsınız.

Kurs haqqı: Müraciətlə

Bu kursu seçin WhatsApp ilə soruşun

Kurs 04 · İlk üç saniyə

TikTok Ads kursu

TikTok reklam kabineti, Spark Ads və kreativ istehsalı — bu platformada büdcə deyil, kadr qazanır.

  • Orta
  • 4 həftə
  • 8 sessiya
  • Onlayn qrup
  • Sertifikat

Proqram

  1. TikTok reklam hesabının qurulması və piksel
  2. Kampaniya növləri və hədəfləmə məntiqi
  3. Kreativ: ilk üç saniyə, ssenari, montaj ritmi
  4. Spark Ads: organik videonu reklama çevirmək
  5. UGC istehsalı və yaradıcı ilə iş
  6. Test sistemi və miqyaslandırma

Kimə uyğundur

SMM mütəxəssisləri, məhsul satan brendlər və video kreativ hazırlayanlar.

Kursdan sonra

Kampaniya qurursunuz, həftədə bir neçə kreativ variantı test edib ən yaxşısını tapırsınız.

Kurs haqqı: Müraciətlə

Bu kursu seçin WhatsApp ilə soruşun

Kurs 05 · Datanın mənbəyi

dataLayer kursu

dataLayer quruluşu, e-ticarət hadisələri və developerlə ortaq dil — ölçmənin ən çox səhv qurulan hissəsi.

  • İrəli
  • 4 həftə
  • 8 sessiya
  • Onlayn qrup
  • Sertifikat

Proqram

  1. dataLayer nədir və GTM ilə əlaqəsi
  2. Hadisə adları və dəyişən quruluşu — vahid standart
  3. E-ticarət hadisələri: view_item, add_to_cart, purchase
  4. Developer üçün texniki sənədin yazılması
  5. Debug: hadisə düşmürsə səbəbi necə tapılır
  6. Nümunə layihə: real sayt üçün tam dataLayer planı

Kimə uyğundur

Analitiklər, texniki marketoloqlar və developerlə birlikdə işləyən layihə rəhbərləri.

Kursdan sonra

Sayt üçün dataLayer sənədi yazırsınız, developerə dəqiq tapşırıq verirsiniz və hadisələri özünüz yoxlayırsınız.

Kurs haqqı: Müraciətlə

Bu kursu seçin WhatsApp ilə soruşun

Bir həftənin ritmi

Hansı kursu seçməyinizdən asılı olmayaraq həftə eyni quruluşda keçir.

  1. Addım 01

    Canlı dərs

    90 dəqiqə, ekran paylaşımı ilə. Sualı istənilən anda vermək olar.

  2. Addım 02

    Tapşırıq

    Öz brendiniz və ya nümunə hesab üzərində real tapşırıq.

  3. Addım 03

    Rəy

    Hər tapşırıq fərdi yoxlanılır, səhvlər yazılı izah olunur.

  4. Addım 04

    Təkrar

    Həftənin sonunda qısa görüş: nə alındı, nə alınmadı.

Qeydiyyat

Formanı doldurun. 24 saat ərzində zəng edib qrupun başlama tarixini, ödəniş şərtlərini və proqramı danışaq.

  • Qeydiyyat ödənişli deyil, öhdəlik yaranmır
  • Qrupda maksimum 12 nəfər, hər tapşırıq fərdi yoxlanılır
  • Dərslərin qeydi qalır, materiallar sizə verilir

Yerinizi tutun

Doldurmaq 1 dəqiqə çəkir.

Öhdəlik yoxdur · Məlumatlar paylaşılmır

Kurslar haqqında suallar

Heç təcrübəm yoxdur. Başlaya bilərəm?

Bəli. Rəqəmsal marketinq kursu məhz sıfırdan başlayanlar üçündür, yalnız kompüter və internet lazımdır. SEO və TikTok kursları da ilkin biliksiz keçilə bilər. Advanced tracking və dataLayer kursları isə GA4 və ya reklam kabineti təcrübəsi tələb edir.

Dərslərin qeydi qalır?

Bəli, bütün canlı dərslər yazılır və kursdan sonra da əlçatan olur. Dərsə qatıla bilmədiyiniz həftə qeydə baxıb tapşırığı təhvil verə bilərsiniz.

Praktika üçün reklam büdcəsi lazımdır?

Reklam kurslarında (Rəqəmsal marketinq, TikTok Ads) praktika üçün 30–50 ₼ kifayətdir. İstəməsəniz, bütün tapşırıqları nümunə hesab üzərində də etmək olar. SEO, tracking və dataLayer kurslarında reklam xərci lazım deyil.

Sertifikat verilir?

Yekun tapşırığı təhvil verən hər kəs sertifikat alır. Sertifikatı LinkedIn profilinizə əlavə edə bilərsiniz.

Bir neçə kursa eyni vaxtda yazıla bilərəm?

Mümkündür, amma tövsiyə etmirik, çünki hər kursda həftəlik tapşırıq var. Ardıcıl keçmək daha yaxşı nəticə verir.

Qeydiyyatdan sonra nə olur?

24 saat ərzində zəng edirik. Qısa söhbətdə səviyyənizi dəqiqləşdiririk və kursun sizə uyğun olub-olmadığını deyirik. Sonra qrupun başlama tarixi və ödəniş şərtləri göndərilir.