Bir neçə kanalda qarışıqlıq olanlar
Bir neçə kanalda paralel işləyirsiniz, amma hansının nə verdiyi aydın deyil.
Birdəfəlik iş
Kanalları bir-bir sınamaq bahalı yoldur. İki həftə ərzində rəqəmlərinizə, rəqiblərinizə və auditoriyanıza baxıb icra qrafiki olan plan yazırıq.
Qısaca
Sonda əlinizdə PDF sənəd olur: mövcud vəziyyət, auditoriya, rəqiblər, mövqeləmə, kanal seçimi, 6 aylıq media plan, ölçmə sistemi və həftə-həftə icra qrafiki. Sənədi istənilən komanda icra edə bilər. İcranı bizimlə davam etdirsəniz, strategiyanın dəyəri birinci ayın xidmət haqqından çıxılır.
Bir neçə kanalda paralel işləyirsiniz, amma hansının nə verdiyi aydın deyil.
Yeni məhsulla və ya yeni bazara çıxırsınız və hansı kanaldan başlayacağınızı bilmirsiniz.
Daxili komanda var, amma ümumi plan yoxdur. Ya da agentliyi dəyişirsiniz və brif lazımdır.
İş üç hissədən ibarətdir. Hər biri ayrıca görülür və hesabatda göstərilir.
Strategiya rəfdə qalmaq üçün yazılmır. Ona görə sonuncu bölmə həmişə icra qrafikidir: kim, nə vaxt, nəyi edəcək.
Son 12 ayın xərc, müraciət, satış və kanal payları.
Alıcı nə axtarır, nədən çəkinir, hansı sözlərlə danışır.
Qiymət, təklif, reklam kanalları və zəif nöqtələr.
Bir cümləlik fərq və onun reklamda necə səslənəcəyi.
Hansı kanal, hansı ardıcıllıqla və nə üçün.
6 aylıq büdcə bölgüsü.
Hansı rəqəm harada izlənir, hesabat kimə gedir.
Həftə-həftə tapşırıqlar və məsul şəxs.
Reklam ilk gün işə düşmür. Əvvəlcə ölçmə qurulur, yoxsa sonra nəyin işlədiyini bilmək olmur.
90 dəqiqəlik görüş, hesablara və rəqəmlərə giriş.
Data, rəqiblər və auditoriya araşdırılır.
60 dəqiqəlik görüş, sonra media plan və qrafik yazılır.
PDF göndərilir, canlı təqdimatda bölmə-bölmə izah olunur.
Sərhədi əvvəlcədən yazırıq ki, sonra “bu da daxil idi?” sualı yaranmasın.
Xidmət haqqı
Fərdi təklifAuditdən sonra yazılı göndərilir. Müqavilə aylıqdır, istənilən ayın sonunda dayandırmaq olar.Təklif alHələ heç bir reklam təcrübəniz yoxdursa, kiçik test daha faydalıdır. Büdcə çox kiçikdirsə, plan yox, kampaniya lazımdır. Sənədi icra edəcək adam yoxdursa və ya satış bu ay lazımdırsa, strategiya doğru seçim deyil. Belə olduqda açıq deyirik və başqa xidmət təklif edirik.
İcra ayrıca xidmətdir və məcburi deyil. Sənəd elə yazılır ki, istənilən komanda onu icra edə bilsin. Bizimlə davam etsəniz, strategiyanın dəyəri birinci ayın xidmət haqqından çıxılır.
Reklam kabinetlərinə baxış icazəsi, GA4 girişi, son 12 ayın satış rəqəmləri və mümkünsə müştəri siyahısı. Data yoxdursa da işləyirik, sadəcə sənəd daha çox bazar və rəqib araşdırmasına əsaslanır.
5 rəqibə baxırıq: aktiv reklamları, saytlarının quruluşu, qiymət və təklif fərqləri, sosial şəbəkə fəallığı. Onların daxili rəqəmlərini əldə etmək mümkün deyil.
Media plan 6 ay üçün yazılır. Mövqeləmə və auditoriya hissələri daha uzunmüddətlidir. İlk 3 ayda kiçik yeniləmələr pulsuzdur.

Kampaniya strukturu, auditoriya qatları və hər kreativin nəticəsini göstərən ölçmə.
Ətraflı
Axtarış, Shopping, Performance Max və YouTube kampaniyaları.
ƏtraflıGA4, GTM və server tərəfli izləmə. Hesabat bir səhifədə yığılır.
ƏtraflıTələbinizi yazın. Hesablarınıza və saytınıza baxıb 5 iş günü ərzində yazılı təklif göndərək. Audit pulsuzdur.