Birdəfəlik iş

Sayt hazırlanması — reklamın düşdüyü yer

Yaxşı reklam zəif səhifəyə düşəndə pul itir. Saytı sadəcə dizayn işi kimi deyil, satış alətinin bir hissəsi kimi qururuq.

Ödəniş
Birdəfəlik
Müddət
2–5 həftə
Mobil sürət
PageSpeed 90+ hədəf
Dəstək
3 aya qədər

Qısaca

Satış səhifəsi, korporativ sayt və ya onlayn mağaza hazırlayırıq. Saytlar hazır şablonla deyil, sıfırdan yazılır. Ona görə sürətli olur və lazımsız kod daşımır. Analitika və reklam izləməsi təhvildən əvvəl qurulur. Kod və hesablar sizə verilir. Hazırladığımız saytları portfolioda görə bilərsiniz.

Kimə uyğundur

01

Satış səhifəsi

Tək məhsul və ya tək xidmət üçün. Reklamla birlikdə işləmək üçün ən sürətli variant. Təxminən 2 həftə.

02

Korporativ sayt

Xidmət səhifələri, bloq və idarəetmə paneli, çoxdilli quruluş. SEO üçün əsas format. Təxminən 3–4 həftə.

03

Onlayn mağaza

Kataloq, filtrlər, səbət, onlayn ödəniş və Merchant Center. Təxminən 5 həftə və daha çox.

Nə edirik

İş üç hissədən ibarətdir. Hər biri ayrıca görülür və hesabatda göstərilir.

Dizayn və məzmun

  • Səhifə xəritəsi
  • Satış mətnlərinin ilk variantı
  • Fərdi dizayn
  • Mobil versiya

Texniki hissə

  • Sıfırdan yazılan sürətli kod
  • İdarəetmə paneli (korporativ və mağaza)
  • AZ / RU / EN dil dəstəyi
  • SEO bazası: başlıqlar, sitemap, struktur data

Təhvil

  • GA4, GTM və piksel qurulumu
  • Müraciət forması və WhatsApp
  • Hosting və domenin sizin adınıza qurulması
  • Paneldən istifadə üzrə izah

Sayt gözəl olmaqla kifayətlənmir

Reklamdan gələn adam bir neçə saniyədən artıq gözləmir. Ona görə hər saytı bu tələblərlə təhvil veririk.

90+

Mobil PageSpeed

Hədəfimiz mobil sürət balının 90-dan yuxarı olmasıdır.

100%

Mobil uyğunluq

Bütün səhifələr telefonda rahat oxunur və işləyir.

Kod

Sizə verilir

Asılılıq yoxdur, istədiyiniz vaxt başqasına ötürə bilərsiniz.

Ölçmə

İlk gündən

GA4, GTM və piksel təhvildən əvvəl qurulur və yoxlanılır.

İş necə başlayır

Reklam ilk gün işə düşmür. Əvvəlcə ölçmə qurulur, yoxsa sonra nəyin işlədiyini bilmək olmur.

  1. 1-ci həftə

    Struktur və məzmun

    Səhifə xəritəsi hazırlanır, mətn və şəkillər toplanır.

  2. 2-ci həftə

    Dizayn

    Maket hazırlanır və sizinlə təsdiqlənir.

  3. 3-cü həftə

    Proqramlaşdırma

    Səhifələr, idarəetmə paneli və formalar qurulur.

  4. 4-cü həftə

    Test və təhvil

    Sürət, mobil görünüş və izləmə yoxlanılır, sayt yayımlanır.

Daxildir və daxil deyil

Sərhədi əvvəlcədən yazırıq ki, sonra “bu da daxil idi?” sualı yaranmasın.

Daxildir

  • Fərdi dizayn və mobil versiya
  • İdarəetmə paneli (korporativ və mağaza)
  • SEO bazası və sürət optimallaşdırması
  • GA4, GTM və piksel
  • Təhvildən sonra dəstək

Daxil deyil

  • Hosting və domen xərci (sizin adınıza alınır)
  • Peşəkar foto çəkiliş
  • Tam kopiraytinq (ayrıca razılaşdırılır)
  • Sonradan əlavə edilən yeni bölmələr

Xidmət haqqı

Fərdi təklifAuditdən sonra yazılı göndərilir. Müqavilə aylıqdır, istənilən ayın sonunda dayandırmaq olar.Təklif al

Tez-tez verilən suallar

WordPress, yoxsa sıfırdan?

Seçimi tapşırığa görə edirik. Bloq və tez-tez dəyişən məzmun varsa, idarəetmə paneli olan sistem qururuq. Sadə satış səhifəsi üçün sıfırdan yazılan kod daha sürətli olur və saxlanması daha ucuz başa gəlir.

Mətnləri kim yazır?

Struktur və satış mətnlərinin ilk variantını biz hazırlayırıq. Dəqiq faktlar (qiymət, zəmanət, texniki xüsusiyyətlər) sizdən gəlir. Tam kopiraytinq lazımdırsa, ayrıca razılaşdırılır.

Sonradan özüm dəyişiklik edə biləcəyəm?

Korporativ sayt və mağazada bəli, idarəetmə paneli verilir və təhvil zamanı istifadəsini izah edirik. Satış səhifəsində kiçik dəyişiklikləri ilk ay pulsuz edirik.

Hosting və domeni siz alırsınız?

Xeyr, onlar sizin adınıza alınmalıdır ki, sonradan problem yaranmasın. Hansını seçəcəyinizi göstəririk, quraşdırmanı biz edirik. İllik xərc adətən 80–150 ₼ olur.

Qiymət nədən asılıdır?

Formatdan, səhifə sayından, dil sayından və inteqrasiyalardan (ödəniş, CRM və s.). Dəqiq məbləği yazılı təklifdə göstəririk.

Sayt hazırlanması sizə uyğundurmu? Birlikdə baxaq.

Tələbinizi yazın. Hesablarınıza və saytınıza baxıb 5 iş günü ərzində yazılı təklif göndərək. Audit pulsuzdur.