Reklam kanalı

Google Ads — artıq axtaran müştərini tutan reklam

Google-da insan sizin xidmətinizi özü axtarır. Bizim işimiz onun yazdığı sorğu ilə sizin səhifəniz arasındakı yolu ən qısa etməkdir.

Audit
Pulsuz
İlk data
1–2 həftə
Hesabat
Həftəlik
Müqavilə
Aylıq

Qısaca

Axtarış, Performance Max, Shopping, YouTube və remarketinq kampaniyalarından biznesinizə lazım olanları seçirik. Açar sözləri real axtarış həcminə görə araşdırırıq, pul yandıran sorğuları kəsirik. Hər klikin hansı müraciətə çevrildiyini ölçürük.

Kimə uyğundur

01

Xidməti axtarılan bizneslər

Təmir, klinika, hüquq, kurs, təcili xidmət. İnsan problemi olanda Google-a yazır və elə həmin an həll axtarır.

02

Onlayn mağazalar

Shopping və Performance Max ilə məhsulun şəkli, adı və qiyməti birbaşa axtarış nəticəsində görünür.

03

Reklamı “işləmir” deyənlər

Çox vaxt səbəb ümumi sorğulara xərclənən büdcədir. Hesabı təmizləyib pulu satış ehtimalı yüksək sorğulara yönəldirik.

Nə edirik

İş üç hissədən ibarətdir. Hər biri ayrıca görülür və hesabatda göstərilir.

Hazırlıq

  • Hesabın qurulması və ya auditi
  • Açar söz araşdırması
  • Mənfi açar söz siyahısı
  • GA4 və dönüşümlərin qurulması

Kampaniyalar

  • Dar mövzulu reklam qrupları
  • Reklam mətnləri
  • Zəng, ünvan, qiymət və link uzantıları
  • Remarketinq

İdarəetmə

  • Həftəlik sorğu təmizliyi
  • Yeni mətn testləri
  • Büdcənin ən yaxşı kampaniyaya yönəldilməsi
  • Həftəlik hesabat

Hansı kampaniya sizə lazımdır

Google-un içində bir neçə ayrı reklam sistemi var. Yanlış növü seçmək büdcəni ən tez xərcləyən səhvdir. Ona görə birinci ay adətən yalnız Axtarış və remarketinqlə başlayırıq.

Axtarış

Xidmətiniz adı ilə axtarılır

Usta, klinika, hüquqşünas, təmir. Ayda kifayət qədər sorğu olmalıdır.

Performance Max

Bütün Google şəbəkəsi bir kampaniyada

Ayda 30-dan çox dönüşüm toplananda yaxşı işləyir.

Shopping

Onlayn mağaza

Merchant Center-də məhsul siyahısı (feed) tələb olunur.

YouTube

İzah tələb edən məhsul

Kurs, proqram, xidmət paketi. Hazır video lazımdır.

Remarketinq

Sayta girib almayanlar

Ən ucuz dönüşüm adətən buradan gəlir.

Sorğu, reklam və səhifə eyni sözü təkrarlamalıdır. “Bakıda qapı təmiri” yazan adam reklamda da həmin sözü görməli və birbaşa qapı təmiri səhifəsinə düşməlidir. Bu, klik qiymətini ucuzlaşdırır.

İş necə başlayır

Reklam ilk gün işə düşmür. Əvvəlcə ölçmə qurulur, yoxsa sonra nəyin işlədiyini bilmək olmur.

  1. 1-ci həftə

    Audit və ölçmə

    Hesaba və son 90 günə baxırıq, GA4 və dönüşümləri qururuq, açar sözləri araşdırırıq.

  2. 2-ci həftə

    Qurulum

    Kampaniya və qrup strukturu, reklam mətnləri, uzantılar və mənfi açar sözlər.

  3. 3–4-cü həftə

    İlk data

    Axtarış sorğularına baxırıq, zəif sözləri kəsirik, təklif strategiyasını seçirik.

  4. Davamlı

    Optimizasiya

    Həftəlik sorğu təmizliyi, mətn testləri və büdcənin ən yaxşı nəticə verən kampaniyaya yönəldilməsi.

Daxildir və daxil deyil

Sərhədi əvvəlcədən yazırıq ki, sonra “bu da daxil idi?” sualı yaranmasın.

Daxildir

  • Hesabın qurulması və ya auditi
  • Açar söz araşdırması və mənfi siyahı
  • Reklam mətnləri və uzantılar
  • Dönüşümlərin qurulması (GA4 / GTM)
  • Həftəlik optimizasiya və hesabat

Daxil deyil

  • Reklam büdcəsi (birbaşa Google-a ödənilir)
  • Sayt hazırlanması (ayrıca xidmətdir)
  • Merchant Center feed-inin proqramlaşdırılması
  • YouTube üçün video çəkilişi
  • Zənglərə cavab

Xidmət haqqı

Fərdi təklifAuditdən sonra yazılı göndərilir. Müqavilə aylıqdır, istənilən ayın sonunda dayandırmaq olar.Təklif al

Tez-tez verilən suallar

Google Ads, yoxsa Meta Ads — hansı ilə başlayım?

Məhsulunuzu insanlar axtarırsa (təmir, klinika, hüquq, təcili xidmət), Google ilə başlayın. Axtarmırlarsa və məhsulu göstərmək lazımdırsa (geyim, aksesuar, kafe), Meta ilə başlayın. Şübhə varsa, açar söz həcminə baxırıq. Sorğu yoxdursa, Google-a pul xərcləməyin mənası yoxdur.

Klik qiyməti nə qədər olur?

Bakı bazarında rəqabətli sahələrdə adətən 0,3–1,5 ₼ arasında olur. Hüquq, tibb və təcili xidmətlərdə daha bahadır. Əsas rəqəm klik qiyməti deyil, bir müştərinin sizə neçəyə başa gəlməsidir. Bunu hesabatda ikinci həftədən görürsünüz.

Hesabımdakı köhnə kampaniyalar silinəcək?

Xeyr. Əvvəlcə audit edirik, işləyənləri saxlayırıq. Zərərli olanları dayandırmazdan əvvəl səbəbini izah edirik. Heç nə xəbəriniz olmadan silinmir.

Performance Max hamı üçün işləyir?

Xeyr. Ayda 30-dan az dönüşüm olanda alqoritm kifayət qədər öyrənə bilmir. Kiçik hesablarda əvvəlcə Axtarış kampaniyası ilə data toplayırıq.

Saytım yoxdur, yalnız Instagram səhifəm var. Olar?

Google Ads üçün ən azı bir səhifə lazımdır, çünki klik hara isə aparmalıdır. Tək səhifəlik satış saytı da kifayətdir. Onu ayrıca hazırlaya bilərik.

Google Ads sizə uyğundurmu? Birlikdə baxaq.

Tələbinizi yazın. Hesablarınıza və saytınıza baxıb 5 iş günü ərzində yazılı təklif göndərək. Audit pulsuzdur.