Ölçmə

Analitika və tracking — rəqəmlərin düz olması üçün

Ölçmə səhvdirsə, qalan hər şey — büdcə, kreativ, optimizasiya — təxminə çevrilir. Bu xidmət reklam qurmur. Mövcud rəqəmlərin doğru olmasını təmin edir.

Quraşdırma
Birdəfəlik
Müddət
1–2 həftə
Aylıq dəstək
İstəyə bağlı
Nəticə
Bir səhifəlik hesabat

Qısaca

Reklam kabineti 40 satış göstərir, mühasibat isə 12 satış görür. Bu, ən çox rastlaşdığımız vəziyyətdir. Google Tag Manager, GA4, Meta Pixel, Conversions API və digər nişanları vahid sistemə salırıq. Hər müraciətin hansı reklamdan gəldiyi görünür, hesabat isə bir səhifədə toplanır.

Kimə uyğundur

01

Rəqəmləri uyuşmayanlar

Meta bir rəqəm, Google başqa, sayt üçüncü rəqəm göstərir. Hansına inanmaq lazım olduğu bilinmir.

02

WhatsApp ilə satanlar

Müraciətlərin çoxu WhatsApp-a gəlir, amma heç yerdə sayılmır. Hər klikin mənbəyini ölçürük.

03

Hesabata vaxt itirənlər

Hər ay üç kabinet açılıb rəqəmlər əllə yığılır. Hesabatı avtomatlaşdırırıq.

Nə edirik

İş üç hissədən ibarətdir. Hər biri ayrıca görülür və hesabatda göstərilir.

Quraşdırma

  • Google Tag Manager
  • Google Analytics 4
  • Meta Pixel + Conversions API
  • TikTok Pixel, Google Ads dönüşümləri

Hadisələr

  • Forma göndərişi
  • WhatsApp və zəng klikləri
  • Səbət və sifariş (mağaza üçün)
  • Biznesə xas hadisələr

Hesabat

  • Looker Studio hesabatı
  • Kanal üzrə xərc və müraciət
  • Bir müraciətin qiyməti
  • Qurulumun yazılı xəritəsi

Bir müraciət hansı yolu keçir

Hər klik və hər müraciət bu zəncirdən keçir. Bir halqa qırılanda rəqəmlər uyuşmur.

01

İstifadəçi hərəkəti

Forma göndərilir, düymə basılır, zəng edilir, məhsul səbətə əlavə olunur.

02

Google Tag Manager

Bütün nişanlar bir yerdən, koda toxunmadan idarə olunur.

03

Conversions API

Brauzer bloklasa da, hadisə server tərəfindən ötürülür.

04

GA4 və reklam kabinetləri

Eyni hadisə bütün sistemlərdə eyni adla və eyni dəyərlə görünür.

Hadisələrin siyahısını biznesinizlə birlikdə dəqiqləşdiririk. Məsələn, klinika üçün “onlayn qeydiyyat”, kurs üçün “sınaq dərsinə yazılma” əlavə olunur.

İş necə başlayır

Reklam ilk gün işə düşmür. Əvvəlcə ölçmə qurulur, yoxsa sonra nəyin işlədiyini bilmək olmur.

  1. 1–2 gün

    Audit

    Mövcud nişanları, hadisələri və hesabları yoxlayırıq.

  2. 3–5 gün

    Plan

    Hansı hadisənin hara ötürüləcəyi cədvəldə razılaşdırılır.

  3. 1-ci həftə

    Quraşdırma

    GTM, GA4, piksellər və server ötürməsi qurulur.

  4. 2-ci həftə

    Yoxlama və hesabat

    Hər hadisə test olunur, Looker Studio hesabatı təhvil verilir.

Daxildir və daxil deyil

Sərhədi əvvəlcədən yazırıq ki, sonra “bu da daxil idi?” sualı yaranmasın.

Daxildir

  • GTM, GA4 və piksellərin qurulması
  • Conversions API (server ötürməsi)
  • Hadisələrin test edilməsi
  • Looker Studio hesabatı
  • Qurulumun yazılı xəritəsi

Daxil deyil

  • Reklam kampaniyalarının idarəsi
  • Saytın kodunun yenidən yazılması
  • CRM sisteminin hazırlanması
  • Rəqəmlərin 100% üst-üstə düşməsi

Xidmət haqqı

Fərdi təklifAuditdən sonra yazılı göndərilir. Müqavilə aylıqdır, istənilən ayın sonunda dayandırmaq olar.Təklif al

Tez-tez verilən suallar

Saytın kodu mənə məxsus deyil. Quraşdırmaq olar?

Əksər halda bəli. Google Tag Manager kodu bir dəfə əlavə olunur, qalan nişanlar isə koda toxunmadan panel üzərindən idarə edilir. Bunun üçün saytın proqramçısı ilə qısa bir əlaqə kifayətdir.

Rəqəmlər niyə tam üst-üstə düşmür?

Çünki hər sistem fərqli sayır: Meta klikdən sonrakı 7 günə baxır, GA4 son mənbəni götürür, sayt isə yalnız tamamlanan sifarişi görür. Məqsəd rəqəmləri eyni etmək deyil, fərqi kiçik saxlamaq və hansı sistemin nəyi saydığını bilməkdir.

Server-side tracking hamıya lazımdır?

Xeyr. Brauzer bloklayıcıları və iOS məhdudiyyətləri hadisələrin bir hissəsini itirir, server ötürməsi bunu bərpa edir. Reklam büdcəsi kiçikdirsə, fərq çox vaxt xərcə dəymir. Belə halda standart quraşdırma kifayətdir.

Şəxsi məlumatlar necə qorunur?

Ad, telefon və e-poçt reklam platformalarına açıq şəkildə deyil, yalnız şifrələnmiş formada ötürülür. Sayta razılıq bildirişinin (cookie banner) əlavə edilməsi də bu işin bir hissəsidir.

Mövcud GA4 hesabım silinəcək?

Xeyr. Əvvəlcə audit edirik: hansı hadisə düzgün işləyir, hansı təkrarlanır, hansı boşdur. Köhnə data saxlanılır, yalnız zərərli və ya təkrarlanan nişanlar dayandırılır.

Analitika və tracking sizə uyğundurmu? Birlikdə baxaq.

Tələbinizi yazın. Hesablarınıza və saytınıza baxıb 5 iş günü ərzində yazılı təklif göndərək. Audit pulsuzdur.