Xidmətlər

Sayt, reklam, SEO, sosial şəbəkə və analitika. Hər xidməti ayrıca götürmək olar, amma ən yaxşı nəticə onlar birlikdə işləyəndə alınır.

Hansı xidmət sizə lazımdır?

Vəziyyətinizi seçin, sizə uyğun xidmətə baxın. Əmin deyilsinizsə, pulsuz auditdə birlikdə müəyyən edək.

Müştəri xidmətimi Google-da axtarır

Məhsulu göstərmək və tələb yaratmaq lazımdır

Şirkətlərə (B2B) satıram

Saytım yoxdur və ya satmır

Hansı reklamın satdığını bilmirəm

Haradan başlayacağımı bilmirəm

Bütün xidmətlər

Tez-tez verilən suallar

Reklam büdcəsi qiymətə daxildir?

Xeyr. Xidmət haqqı ayrıdır, reklam büdcəsini siz birbaşa platformaya (Meta, Google, TikTok, LinkedIn) ödəyirsiniz.

Nəticə nə vaxt görünür?

Reklamda ilk siqnallar 2–3 həftədə gəlir, sabit nəticə üçün adətən 2 ay lazımdır. SEO-da ilk hərəkət 2–3 aya, sabit trafik 6 aydan sonra görünür.

Minimum reklam büdcəsi nə qədərdir?

Sabit rəqəm yoxdur, sahədən, kanaldan və rəqabətdən asılıdır. Dəqiq məbləği auditdə hesablayırıq. Büdcə azdırsa, əvvəlcə bir kanala fokuslanmağı təklif edirik.

Müqavilə neçə aylıqdır?

Aylıqdır və istənilən ayın sonunda dayandırmaq olar. Sayt hazırlanması və strategiya isə birdəfəlik işdir.

Hesabları kim idarə edir?

Reklam kabineti, piksel və analitika sizin adınıza açılır, biz idarəçi kimi əlavə olunuruq. Əməkdaşlıq bitəndə bütün data sizdə qalır.

Layihənizə birlikdə baxaq

Tələbinizi yazın. Hesablarınıza və saytınıza baxıb 5 iş günü ərzində yazılı təklif göndərək. Audit pulsuzdur.