Əvvəl ölçmə, sonra reklam
İzləmə qurulmayan hesabda reklam vermək gözübağlı atəş açmaqdır.
Reklamı qururam, ölçməni düzgün bağlayıram, təkrarlanan işi AI ilə avtomatlaşdırıram.

Salam. Mən Namig Pashayevəm, Bakıda yaşayıram. Azərbaycan Texniki Universitetini bitirmişəm. Rəqəmsal marketinqə 2024-cü ildə agentlikdə təcrübəçi kimi başladım. Həmin il Evo Academy-də rəqəmsal marketinq, Baku Growth Academy-də Google Analytics üzrə təhsil aldım.
O vaxtdan agentlik, texnologiya, logistika və maliyyə sahələrində işləmişəm: CodeON, 166 Tech, 166 Yükdaşıma və Logistika, FINCA Azerbaijan, UM Azerbaijan. Hazırda Rabitəbank-da Senior Digital Marketing Expert vəzifəsində çalışıram.
Meta, Google, TikTok və LinkedIn reklamlarını idarə edirəm, amma ən çox sevdiyim hissə ölçmədir: Google Tag Manager ilə dönüşümləri qurmaq, GA4, Search Console və Clarity ilə saytda nə baş verdiyini anlamaq. Son vaxtlar tracking qurulumunu və reklam hesabatlarını Claude Code kimi AI alətləri ilə avtomatlaşdırıram: əvvəl 2–3 saat aparan qurulum indi 10–15 dəqiqəyə bitir.
Yaxşı kampaniya gözəl görünən deyil, ucuz müştəri gətirən kampaniyadır. Qalanı zövq məsələsidir.
İzləmə qurulmayan hesabda reklam vermək gözübağlı atəş açmaqdır.
Müştəri terminləri öyrənməyə borclu deyil, biz izah etməyə borcluyuq.
Ay ortasında nəsə işləmirsə, ayın sonunu gözləmədən deyirik.
Əməkdaşlıq bitəndə bütün data sizdə qalır.
Rəqəmsal marketinq agentliyində təcrübəçi kimi başladım, sonra junior mütəxəssis oldum.
Təcrübəçidən junior-a, sonra rəqəmsal marketinq mütəxəssisinə qədər.
Rəqəmsal marketinq kursunda mentor kimi tələbələrlə işlədim.
Google Ads, Meta və TikTok kampaniyaları, dönüşümlərin Google Tag Manager ilə qurulması, e-poçt marketinqi, Search Console və Clarity ilə texniki SEO.
Meta, TikTok, LinkedIn və Google Ads kampaniyaları. Sayt formalarına süzgəc qurdum, ayda 1 800 zəif müraciət CRM-ə düşmür. Instagram və TikTok-da təsdiqlənmiş nişan aldıq.
Reklam agentliyində rəqəmsal marketinq mütəxəssisi.
Senior Digital Marketing Expert.
Biznesinizi danışın, hansı kanalın sizə uyğun olduğunu deyək. Heç bir öhdəlik yoxdur. Bakıda və ya onlayn.