Yeni yanaşma

AI avtomatlaşdırma — təkrarlanan marketinq işi dəqiqələrə

Tracking qurulumu, reklam hesabatı, formadan CRM-ə data. Hər həftə təkrarlanan bu işləri Claude kimi AI alətləri ilə avtomatlaşdırırıq, vaxt isə strategiyaya qalır.

Audit
Pulsuz
Alətlər
Claude · GTM API
GTM qurulumu
2–3 saat → 10–15 dəq
Hesablar
Sizin adınıza

Qısaca

Bir saytın tam tracking qurulumu əvvəllər 2–3 saat çəkirdi. İndi eyni iş 10–15 dəqiqəyə bitir. Fərq AI-nin “sehrində” deyil: GTM konfiqurasiyası API ilə qurulur, AI isə adlandırma qaydalarına və yoxlama siyahısına əməl edir. Hər addımı insan yoxlayır və təsdiqləyir.

Kimə uyğundur

01

Hesabata vaxt itirənlər

Hər ay eyni hesabat əllə yığılır: kabinet, Excel, slayd. Bunu bir sorğuya endiririk.

02

Çox saytı olanlar

Agentliklər və bir neçə saytı olan şirkətlər. Hər saytda eyni standartla, sürətli tracking.

03

Developer gözləyənlər

Kiçik dəyişiklik üçün həftələrlə növbə gözlənilir. GTM üzərindən, koda toxunmadan edirik.

Nə edirik

İş üç hissədən ibarətdir. Hər biri ayrıca görülür və hesabatda göstərilir.

Tracking

  • GTM qurulumu API ilə
  • Vahid adlandırma standartı
  • Preview və DebugView yoxlaması
  • Versiya qeydi

Hesabat

  • Meta reklam hesabatı bir sorğu ilə
  • Hesab auditi üzrə avtomatik hesabat
  • Looker Studio
  • Komandaya öyrətmə

Axınlar

  • Formadan CRM-ə avtomatik ötürmə
  • Zəif müraciətlərin süzgəci
  • Exit-intent popup (GTM ilə)
  • Qurulumun yazılı xəritəsi

Bir tapşırıq necə icra olunur

Tapşırıq sadə dildə yazılır, AI texniki hissəni görür, insan yoxlayır və yalnız bundan sonra dəyişiklik dərc olunur.

01

Tapşırıq

“Forma, WhatsApp və zəng kliklərini GA4 və Meta-ya ötür.”

02

AI agent

Claude Code plan qurur, GTM API ilə teq, trigger və dəyişənləri yaradır.

03

Yoxlama

Hər hadisə Preview və DebugView-da test olunur.

04

Dərc

Nə dəyişdiyi yazılır. Lazım olsa, bir kliklə geri qaytarılır.

Vaxt rəqəmləri öz işimizdəndir. Avtomatlaşdırılan işlərin siyahısı biznesə görə dəyişir.

İş necə başlayır

Reklam ilk gün işə düşmür. Əvvəlcə ölçmə qurulur, yoxsa sonra nəyin işlədiyini bilmək olmur.

  1. 1–5 gün

    Pulsuz audit

    Hesablara və saytınıza baxıb nəyin avtomatlaşa biləcəyini yazılı göndəririk.

  2. 1-ci həftə

    Qurulum

    Tracking, hesabat və axınlar qurulur.

  3. 2-ci həftə

    Yoxlama

    Hər şey test olunur və yazılı xəritə hazırlanır.

  4. Sonra

    Öyrətmə

    Komandanıza AI-yə hansı tapşırıqları verməyi göstəririk.

Daxildir və daxil deyil

Sərhədi əvvəlcədən yazırıq ki, sonra “bu da daxil idi?” sualı yaranmasın.

Daxildir

  • GTM qurulumu və yoxlama
  • Avtomatik reklam hesabatları
  • Formadan CRM-ə ötürmə
  • Qurulumun yazılı xəritəsi
  • Komandaya öyrətmə

Daxil deyil

  • Reklam kampaniyalarının idarəsi
  • CRM sisteminin hazırlanması
  • Müştəri şəxsi məlumatlarının AI-yə verilməsi
  • Ölçmə strategiyası (Analitika xidmətindədir)

Xidmət haqqı

Fərdi təklifAuditdən sonra yazılı göndərilir. Müqavilə aylıqdır, istənilən ayın sonunda dayandırmaq olar.Təklif al

Tez-tez verilən suallar

AI səhv etsə nə olur?

Heç bir dəyişiklik birbaşa canlıya getmir. Hər hadisə dərcdən əvvəl GTM Preview və GA4 DebugView-da yoxlanılır. GTM hər dəyişikliyi ayrıca versiya kimi saxlayır, lazım olsa bir kliklə əvvəlki vəziyyətə qayıdılır.

Hesablarıma hansı giriş lazımdır?

Google Tag Manager-ə redaktor, reklam kabinetlərinə isə hesabat səviyyəsində giriş kifayətdir. Hesablar sizin adınıza qalır.

Data AI-yə ötürülür? Təhlükəsizdir?

AI-yə yalnız iş üçün lazım olan məlumat verilir: GTM konfiqurasiyası və reklam statistikası. Müştərilərinizin adı, telefonu və e-poçtu bu prosesə daxil edilmir.

Analitika xidmətindən nə ilə fərqlənir?

Analitika xidməti nəyin ölçüləcəyini müəyyən edir. AI avtomatlaşdırma isə bu işin sürətli, eyni standartla və təkrarlana bilən şəkildə görülməsidir. Çox vaxt ikisi birlikdə götürülür.

Komandam özü istifadə edə biləcək?

Bəli. Qurulumdan sonra hesabatı bir sorğu ilə necə hazırlamağı və AI-yə hansı tapşırıqları verməyi göstəririk.

AI avtomatlaşdırma sizə uyğundurmu? Birlikdə baxaq.

Tələbinizi yazın. Hesablarınıza və saytınıza baxıb 5 iş günü ərzində yazılı təklif göndərək. Audit pulsuzdur.